Xəbər lenti

Koronavirus eşitmə qabiliyyətini poza bilər: Bu pozuntu keçib getmir
Sağlamlıq 19:50 25.10.2020

Koronavirus eşitmə qabiliyyətini poza bilər: Bu pozuntu keçib getmir

Koronavirusa yoluxan 45 yaşlı bir britaniyalı eşitmə qabiliyyətini tamamilə itirib. Həkimlərin təbirincə, bu, onların tibbi praktikalarında ilk belə bir haldır.

Virus infeksiyasından sonra bəzi hallarda xəstədə gözlənilmədən eşitmə qabiliyyətinin itkisi müşahidə edilə bilər, lakin koronavirusla bağlı belə bir hal tibbi praktikada indiyə qədər qeydə alınmamışdı.

Otorinolarinqoloqlar hesab edir ki, steroid preparatlarının vaxtında qəbul edilməsi ilə eşitmə qabiliyyəti itkisinin qarşısını almaq mümkündür.

Qulaqda səs - narahat olmaq üçün bir siqnaldır

Astmadan əziyyət çəkən bir xəstə Covid-19 simptomları ilə London xəstəxanasına aparıldıqdan sonra və nəfəs almaqda çətinlik çəkdiyi üçün reanimasiyaya şöbəsinə yerləşdirilmişdir.

Aparılan müayinələr diaqnozu təsdiqlədikdən sonra həmin xəstə süni tənəffüs aparatına qoşdurulmuşdu.

Ona bir neçə dərman təyin olunub və qan köçürülüb. Bundan sonra xəstənin vəziyyəti yaxşılaşıb, o sağalıb və 30 gündən sonra süni tənəffüs aparatı yığışdırılıb.

Lakin reanimasiyadan çıxdıqdan bir həftə sonra xəstə qulaqlarında cingilti səsi eşitməyə başlayıb və sonra qəflətən sol qulağı karlaşıb.

Müayinə eşitmə qabiliyyətinin itkisinin böyük ehtimalla qulaq kanalının iltihabı və ya bloklanması səbəbindən deyil, sinirin və ya orta qulağın və ya hər ikisinin zədələnməsinə görə baş verdiyini aşkar edib.

Həkimlər belə zədənin yeganə mümkün səbəbinin Covid-19-un olduğunu bildirilər.

Steroid həblərinin qəbulu və inyeksiya kursundan sonra eşitmə qabiliyyəti yalnız qismən bərpa olunub, əvvəlki səviyyəyədək tam bərpa baş verməyib.

Mütəxəssislər hesab edirlər ki, müəyyən növ ağciyər hüceyrələrinə virusun yol tapması həmin hüceyrələrin səthindəki reseptorlara görə baş verir və beləliklə koronavirusa yoluxma başlayır.

Lakin eyni reseptorlar orta qulağı örtən hüceyrələrin səthində də yerləşir.

Odur ki, indi həkimlər koronavirus xəstələrinin eşitmə problemlərinə xüsusi diqqət yetirmələri və uzun müddətli eşitmə itkisinin qarşısını almaq üçün, xəstənin eşitmə qabiliyyətində gözlənilmədən pozuntu baş verdikdə, onun dərhal müvafiq mütəxəssislərə göndərilməsi tövsiyə olunur. (BBC)

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->