Rusiyada koronavirus pandemiyası səbəbiylə əhalinin tibbi müayinəsi dayandırılıb.
Qaynarinfo xəbər verir ki, bu haqda hökumətin 6 aprel tarixli qərarında deyilir.
Qərar dərc olunduğu gündən qüvvəyə minir və 2020-ci ilin sonuna qədər qüvvədə olacaq.
"Koronavirusun yayılması təhlükəsinə görə tibbi müayinə ilə əlaqədar profilaktik tədbirlər dayandırılır", - sənəddə deyilir.
Sənəddə yetim uşaqlar, övladlığa götürülənlər və yetkinlik yaşına çatmayanlar da daxil olmaqla heç kimin dispanser müayinəsinin aparılmayacağı qeyd edilib.
Alpər
Şərhlər