Koronavirusa yoluxanların sayı 400-ü keçdi

Koronavirusa yoluxanların sayı 400-ü keçdi

Azərbaycanda bu gün koronavirus infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan dünyasını dəyişən olmayıb.
 
Bu gün Azərbaycanda koronavirus əleyhinə 55 286 vaksin vurulub.

Birinci mərhələdə peyvənd olunanların sayı 17 785, ikinci mərhələ üzrə 37 501 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 516 987, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 634 015, ikinci mərhələ üzrə isə 1 882 972 nəfər təşkil edir.


XƏBƏRLƏR
BLOGLAR
X