"Artıq yeni növ koronavirus infeksiyasına yoluxan şəxslər bədənlərində mövcud olan anticismlərin miqdarı aşağı düşəndə peyvənd olunmalıdırlar”.
Qaynarinfo RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu "Vector” adlı xüsusilə təhlükəli infeksiyalar laboratoriyasının keçmiş rəhbəri Aleksandr Çerpurnov deyib.
Onun sözlərinə görə, antikorların sayı tədricən azaldığından onların miqdarı hər yarım aydan bir yoxlanılmalıdır: "Antikor göstəricisi aşağı həddə yaxınlaşdığı an peyvənd vurulmalıdır. Çünki keçirilən xəstəlik ona təkan verəcək və peyvənd daha yaxşı nəticə göstərəcək”.
Novosibirsk Dövlət Universitetinin bionanotexnologiya, mikrobiologiya və virusaologiya laboratoriyasının müdiri Serqey Netesov peyvəndin virus infeksiyasının təqlidi olduğunu deyib:
"Bu səbəbdən, xəstəlikdən sonra yaranan antikorun titri mövcud dəyərləri üç-dörd dəfə üstələyirsə, onda həmin şəxs peyvənd olunan insan kimi özünü virusdan qoruyur”.
Şərhlər