Sağlamlıq 21:20 27.03.2020

Koronavirusun müalicə və profilaktikasında bu dərmanlardan istifadə olunur

Rusiyanın Səhiyyə Nazirliyi koronavirusun müalicə və profilaktikasında istifadə ediləcək dərmanların adlarını açıqlayıb.

TASS bu barədə nazirliyin saytında yayılan məlumata istinadən xəbər verir.

"Umifenovir, remdesivir, favipiravir yeni növ koronavirusun müalicəsində qəbul edilə bilər. SARS-CoV və MERSCoV koronaviruslarının yaratdığı atipik pnevmoniya zamanı böyüklərin istifadə edə biləcəyi dərmanlara isə lopinavir+ritonavir, xloroxin, hidroksixloroxin, interferon preparatları aiddir”, - nazirliyin sənədində qeyd edilir.

Eyni zamanda, bu günə qədər olan məlumatların dərmanların effektivliyi barədə birmənalı nəticə çıxarmaq üçün kifayət etmədiyi də vurğulanır.

"Bununla əlaqədar olaraq, dərmanların tibbi komissiyanın qərarı ilə müəyyən edilmiş qaydada istifadəsinə icazə verilir”, - deyə tövsiyə edilir. (oxu.az)