Koronavirusun yayılmasa səbəb olduğu hesab edilən qadın uzun zamandan sonra sükutu pozub.
CGTN kanalına müsahibə verən çinli virusoloq Şi Çjenli Uhan laboratoriyasında süni şəkildə COVID-19 yaratmaqda şübhəli bilinir.
Şi Çjenli ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) və ABŞ tərəfindən maliyyələşdirilən beynəlxalq proqramların üzvü olub və heyvanlar aləmində yeni epidemiyaların mənbəyi ola biləcək virusların axtarışı ilə məşğul idi. Bunu etmək üçün o və həmkarları əlçatmaz mağaralara və tərk edilmiş yerlərə qalxaraq yarasaların nəcisini toplayıb, onlardan nümunə götürüblər.
ABŞ alimləri birgə araşdırma zamanı qeyd ediblər ki, Çjenli yarasa içərisində olan koronavirusun insan hüceyrələrini yoluxdura bilməsi üçün genini dəyişib. Çjenli və çinli həmkarları həmçinin Uhanda epidemiyadan əvvəl qeyri-adi sürətlə COVID-19-u ayıraraq müəyyənləşdirməyə müəssər olublar.
Bütün bunlar koronavirusun süni şəkildə yaradıldığını və praktikada təhlükəsizlik tədbirlərinə yüksək səviyyədə riayət etməyən Uhan laboratoriyasından "sıza” biləcəyini söyləməyə əsas verib.
Çjenli fevralın 9-da Uhan laboratoriyasında heyvanların- transgen siçanlar və makakalar üzərində koronavirus yoluxması ilə əlaqədar aparılan təcrübənin tamamlandığını deyib.
Onun sözlərinə görə, bu təcrübələr nəticəsində məlum olub ki, koronavirus Uhanda izah edilə bilinməyən sətəlcəmin səbəbidir:
"Aşkarladığımız viruslar aysberqin yalnız görünən tərəfidir. Mümkün epidemiyaların qarşısını almaq üçün vəhşi heyvanların daşıdığı naməlum viruslar haqqında əvvəlcədən bilməliyik”. (oxu.az)
Şərhlər