Dünya 12:28 15.03.2019

Kosmonavtika tarixində ilk

"Soyuz MS 12" kosmik vasitəsi Qazaxıstandakı Boykonus Kosmik Bazadan Beynəlxalq Kosmik Stansiyaya yola salınıb. 

Qaynarinfo xəbər verir ki, kapitanlığı "Roscosmos"un üzvü Aleksey Ovçininin etdiyi səfərdə amerikalı Nik Heyq və Kristina Koç da yer alıb. Kristina Koçun stansiyaya çatması ilə ilk dəfə 2 qadın Beynəlxalq Kosmik Stansiyada çalışacaq.

Qeyd edək ki, hazırda stansiyada olan kosmonavtlar arasında NASA-nın qadın üzvü Ann Makkleyn də var.

Gülşən