Dünya 15:06 28.03.2020

Kosmosda çox qalmaq insanda nə dəyişiklik yaradır: Marsa səfər necə olacaq?

Kosmosda uzun müddət qalmaq kəllə sümüklərinin genişlənməsinə səbəb olur.

Qaynarinfo xəbər verir ki, alimlər bu nəticəyə Beynəlxalq Kosmik Stansiyaya (ISS) ekspedisiyadan əvvəl və sonra astronavtların vəziyyətini təhlil edərək gəliblər.

Astronavtlarda başgicəllənmə və qulaq batmasından şikayətlənməsi kosmosa uzun müddət uçuşlar zamanı baş verən kəllə sümüklərində gedən dəyişikliklərlə əlaqələndirilir. Amerikanın Cənubi Karolina Universitetinin professoru Donna Robertsın rəhbərlik etdiyi Amerika və Yapon kosmik həkimlərinin bir qrupuna görə, bu problemlərin səbəbi gicgah sümüyündə iltihablanma prosesidir.

Alimlər bu nəticəyə son 10 ildə 35 astronavtın orbitə çıxdığı maqnit rezonans görüntüsünün nəticələrini təhlil edərək gəliblər. Kosmik ekspedisiyanın bütün iştirakçıları uçuşdan bir müddət əvvəl MRT-dən keçirib, habelə dərhal sonra sinusların, qulaqların və kəllə sümüklərinin vəziyyətini müqayisə ediblər.
Məlum olub ki, dəyişikliklər yalnız qulaqların yaxınlığında olan kəllə sümüklərində baş verir - hüceyrələrin iltihabı səbəbindən müvəqqəti daralmış qulaq kanallarına təzyiqin artmasına səbəb olan gicgah sümükləri bir qədər böyüyür. Bununla belə, iltihabın səbəbləri hələ ki elm adamlarına məlum deyil.

Yekunları JAMA Otolaringologiya jurnalında dərc edilən araşdırmanın nəticələrinə görə, mütəxəssislər sümüklərlə bağlı bu problemin uzun kosmik missiyalar zamanı əsas çətinliklərdən birinə çevrilə biləcəyini hesab ediblər. Marsa perspektivli uçuşlar daxil olmaqla.
 
Alpər