Xəbər lenti

Kral ailəsinin üzvü gecə klubunda kokainlə yaxalandı
Dünya 11:49 30.05.2025

Kral ailəsinin üzvü gecə klubunda kokainlə yaxalandı

İsveçdə kral ailəsinin bir üzvünün iştirakı ilə narkotik qalmaqalı baş verib. 

Qaynarinfo "Expressen" qəzetinə istinadən xəbər verir ki, hələ aprelin sonunda polis Stokholmun gecə klublarından birində kral XVI Karl Qustav və kraliça Silviyanın yaxın qohumunu saxlayıb. Onun cibindən çəkilə bilən tütün qabında gizlədilmiş 0,6 qram kokain tapılıb.

Yerli medianın yazdığına əsasən, saxlanılan şəxs kronprinsessa Viktoriyanın əmisi oğlu və ya əmisi nəvəsidir. Polis onu ayrıca otağa apararaq üzərində axtarış aparıb. Dindirmə cəmi səkkiz dəqiqə davam edib - kişi dərhal narkotik maddəni saxladığını etiraf edib və onun tanışından aldığı kokain olduğunu bildirib.

Şəxsin adı məxfiliyə görə açıqlanmır, lakin onun İsveç kralının qardaşı oğlu olduğu bildirilir.

Çox güman ki, saxlanılan şəxs yüngül cəza ilə canını qurtaracaq. Maddənin az miqdarda olması və əvvəllər məhkumluğunun olmaması nəzərə alınaraq, ona sadəcə cərimə və ya xəbərdarlıq verilə bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->