Dünya 14:45 09.10.2019

Kral qənaət üçün nəvələrini şahzadəlikdən məhrum etdi

İsveç Kralı VI Qustafın nəvələri yüksək statuslardan məhrum edilib.

Qaynarinfo xəbər verir ki, yüksək dövlət xərcləri səbəbilə tənqidə məruz qalan ailənin 1-5 yaşlı üzvləri hersoq və hersoginya statusunu saxlayacaq, lakin bundan sonra şahzadə adlandırılmayacaqlar. Həmin qərar kralın iki nəvəsi Estel və Oskara tətbiq edilməyəcək. Belə ki, Estel və Oskar Kral Qustafın qızı Şahzadə Viktoriyadan sonra taxtın 2 və 3-cü varisi olacaq. Şahzadə Karl Filipin 2 oğlu və Şahzadə Madeleinenin 3 övladı dövlətin kral ailəsi üçün nəzərdə tutduğu ödənişdən yararlana bilməyəcək. 

Qeyd edək ki, ötən aylarda İngiltərə kral ailəsinin şəxsi xərcləri üçün dövlət fondundan istifadə etməsi əhali tərəfindən narazılıqla qarşılanmış, digər ölkələrdəki kral ailəsi üzvlərinin xərcləri də müzakirəyə çıxarılmışdı.

Gülşən