"Miss Moskva 2015" gözəllik müsabiqəsinin iştirakçısı olan rusiyalı model Oksana Voevodina Malayziya kralı V Məhəmməddən boşandıqdan sonra özünə və oğluna qarşı təhdid mesajları aldığını deyib.
Qaynarinfo Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə model polisə şikayət ərizəsi yazıb. Hüquq müdafiəçisi İvan Melnikovun sözlərinə görə, naməlum şəxslər Voevodinaya oğlu Leonun təhlükəsizliyi naminə əri ilə məhkəməsini dayandırmasını tələb edirlər. Mətbuatda yayılan məlumatlara görə, keçmiş ərinin dövlətə xəyanətdə günahlandırdığı model ondan ayda 24 min fund sterlinq, Moskvadakı bahalı mənzilindən və Londondakı bir evdən aliment almağa çalışır.
Xatırladaq ki, Malayziyanın keçmiş kralı V Məhəmməd rus model Oksana Voevodina ilə iyunun 22-də boşanıb. Kral uşağın ondan olmadığını iddia edir. "Miss Moskva"nın isə uşağın atasının kimliyini sübut etmək üçün DNA testi etməyə hazır olduğu bildirilir.
Qreyd edək ki, cütlüyün toyu 2018-ci ilin noyabrında baş tutub. Toydan sonra V Məhəmməd taxtdan imtina edib.
Camal
Şərhlər