Xəbər lenti

Krasnodarda “Ləzginka” oynamaq istəyən qafqazlılar döyüldü (VİDEO)
Video 18:40 05.03.2021

Krasnodarda “Ləzginka” oynamaq istəyən qafqazlılar döyüldü (VİDEO)

Krasnodarda yerli sakinlər küçədə Qafqaz xalqlarının milli rəqsini ifa etmək istəyən gəncləri döyüblər.

Qaynarinfo "Jivaya Kuban"a istinadla xəbər verir ki, hadisə Krasnoarmeyskaya küçəsində baş verib. Şahidlərin sözlərinə görə, gənclər musiqini açaraq "Ləzginka” oynamaq istəyiblər. Avtomobilin qeyd cihazından olan səs yazısı göstərir ki, bundan sonra onlar bir anda bir neçə nəfərin hücumuna məruz qalıb və şiddətli şəkildə döyülüblər. Onları döyənlərdən biri bibər qazı püskürdüb.

Video sosial şəbəkələrdə bu gün yayılıb, ancaq Rusiya DİN-in Krasnodar İdarəsi qarşıdurmanın ilkin məlumatlara görə, 24 fevralda baş verdiyini bildirib. İştirakçıların heç biri hüquq-mühafizə orqanlarına şikayət etməyib. Polis yoxlamalara başlayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->