LDPR lideri Vladimir Jirinovskinin prezident Vladimir Putinin "hökmdar" adlandırılması təklifi hələ Kremldə dəyərləndirilməyib.
Qaynarinfo xəbər verir ki, bu haqda prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. O, qeyd edib ki, hazırda Putinin Konstitusiyaya dəyişiklik təklifi müzakirə olunur, müxtəlif fikir və təkliflər səsləndirilir.
"Putin bu barədə heç nə düşünmür", - deyən Peskov çox fərqli təkliflərin olduğunu əlavə edib.
O, qeyd edib ki, müzakirənin mənası dəqiq olaraq müxtəlif təkliflər toplamaq və sonra hər birini müzakirə edib dəyərliləri saxlamaqdır.
Alpər
Şərhlər