Xəbər lenti

Krım kimin nəzarətində olacaq? (ŞƏRH)
Dünya 13:11 26.02.2025

Krım kimin nəzarətində olacaq? (ŞƏRH)

"Yaxın gələcəkdə Krım Ukraynanın tərkibinə qayıtmayacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Moskva ilə Kiyev arasında ehtimal olunan danışıqlarda "Krım mövzusu"nun müzakirə predmeti olub-olmayacağını şərh edərkən deyib.

"Birincisi, başa düşməliyik ki, danışıqların öz texnologiyası olur. İndiki mərhələdə ən önəmli məsələ atəşkəsə nail olmaqdır. Ondan sonra hansısa şəkildə danışıqlar formatı təşkil olunmalıdır. Buna aid bəyanatlar var. Müxtəlif tərəflər bəyan edib ki, danışıqlarda iştirakda maraqlıdırlar. Daha sonra gündəm formalaşacaq. Tərəflərin danışıq mövzusu olaraq hansı mövzuları daxil edəcəkləri bəlli olacaq. Belə vəziyyət o demək deyil ki, bu və ya digər mövzu danışıqlar predmeti olandan dərhal sonra həll olunacaq. Yox", deyə Tofiq Zülfüqarov bildirib. 
 


Tofiq Zülfüqarov qeyd edir ki, danışıqlar masasına istənilən mövzu çıxarıla bilər:

"Yaxın gələcəkdə Krım Ukrayna tərkibinə qayıtmayacaq. Qüvvələr nisbətini, geopolitik vəziyyətə nəzər yetirəndə, yaxın gələcək üçün Krımın Ukraynanın tərkibinə geri qaytarılacağını görmürəm. Lakin uzaq perspektivdə bunun baş verəcəyini heç də istisna etmək olmaz. SSRİ-nin dağılması ilə Azərbaycan da daxil olmaqla çoxsaylı xalqlar müstəqil oldu. Tarixin gedişini öncədən planlaşdırmaq mümkün deyil". 

Qeyd edək ki, Ukrayna Rusiya cəbhəsində vəziyyət gərgin olaraq qalır. Trampın Kiyevin iştirakı olmadan Rusiya ilə danışıqlara getməsi Ukrayna və Avropa İttifaqını qəzəbləndirib. Amma hər halda proses onu deməyə əsas verir ki, tərəflər danışıqlara doğru gedirlər. Tramp yaxın zamanlarda tərəfləri danışıqlar masası arxasında oturdacaq. Aydın məsələdir ki, danışıqlar masasında da müxtəlif məsələlər müzakirə predmeti olacaq. Tərəflərdən hər biri öz marağına uyğun məsələləri gündəmə gətirəcəklər. 

Rüfət Sultan


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->