Siyasət 21:03 26.02.2014

Krımdakı qarşıdurmanın təfərrüatları - ÖZƏL

Bu gün axşam saatlarında mediada Krımda türklərlə ruslar arasında qarıdırmada bir nəfərin öldüyü, 7 nəfərin isə yaralandığı ilə bağlı məlumat yayılıb. 

Simferopolda yaşayan azərbaycanlılardan biri, Ukraynadakı Azərbaycan Diasporasının üzvü Ülvi Hüseyn adlı şəxs Qaynar.info-ya zəng edərək verdiyi açıqlamasında yayılan məlumatın həqiqətəuyğun olmadığını bildirib. 

Onun sözlərinə görə, Krımda qarşıdurma olsa da, bu, insidentsiz başa çatıb: "Bu cür məlumatların yayılması yaxşı deyil. Çünki qarşıdırmada ölən və yaralanan olmayıb. Düzdür, qarşıdurma olub, amma mediada təqdim edildiyi kimi heç bir qan-zad tökülməyib. Ölən şəxs isə qarşıdurmada yox, ürəktutmadan dünyasını dəyişib. Hazırda qarşıdurmanın qarşısı alınıb, xəsarət alan da yoxdur. Ona görə də xahiş edirik ki, media bu məsələlərdə diqqətli olsun. Çünki bu xəbərlər Azərbaycan mediasında yayılması Krımda yaşayan azərbaycanlılar üçün də ürəkaçan olmayacaq". 

Qaynar.info