Almaniyanın ən böyük, Avropanın isə əsas maliyyə qurumlarından biri olan "Deutsche Bank” 146 milyon dollar mənfəət əldə etdiyini açıqlayıb. Dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance” isə 200 milyon dollar qazandığını qeyd edib.
"Binance” "Deutsche Bank”-a qarşı
Göründüyü kimi, bir neçə ay əvvəl yaranan birja 148 il tarixi olan bankı qabaqlayıb. Bunu isə bankın sahib olduğu 100 min işçi ilə deyil, 200 əməkdaşla bacarıb.
"Binance”-ın CEO-su Çanqpenq Zhaonun martın 3-də dərc olunan məqaləsində bunlar öz əksini tapıb:
"Binance” ən böyük kriptovalyuta olmağı bacarıb. Şirkətimiz qurulduqdan ilk üç ay sonra 7.5 milyon dollar qazandı. 2-ci rübə gəldikdə bu miqdar 200 milyon dollara yüksəldi. 3-cü rüb davam edir və daha böyük nəticə gözləyirik. "Binance”-a sahiblik edəcək ölkə böyük miqdarda gəlir vergisi əldə edəcək”.
"Binance”-ın Tayvandan Maltaya köçməsi "Deutsche Bank”-ın mərkəzini bağlayaraq bütün əməliyyatlarını Almaniyadan Maltaya daşımasından daha böyük bir təsir yaradıb. Kriptovalyuta bazarının inkişaf etməsi Malta hökumətinin bu qəbildən olan şirkətlərə ev sahibliyi etməsinə səbəb olur.
"Deutsche Bank”-ın CEO-su Kristian Sevinq bankların sərbəst investisiya fondundan uzaqlaşaraq digər sahələrə yönələcəyini bildirib. 800 milyon dollarlıq yenilənmə planı bank 2018-ci ilin sonunda qazancını artırmağı hədəfləyir. Sevinq açıqlamasında bunları deyib:
"Deutsche Bank” Avropanın köklü banklarındandır. Müştərilərimizə qlobal miqyasda maliyyə və xəzinə təklifləri etmək istəyirik və bu müstəvidə daha sabit şəkildə irəliləyəcəyik”.
Kriptovalyuta sektorunun gələcəyi
Kriptovalyuta bazarının cari dəyəri 400 milyard dollara yaxındır. Bu da "HSBC” və "JPMorgan” kimi böyük bankların bazar dəyərlərinin cəmindən daha az bir məbləğdir. Ancaq sözügedən bazarın yeni olması da həqiqətdir. Kriptovalyuta sənayesinin həyatımıza daxil olmasının tarixi təxminən 5 ildir.
200 işçiyə sahib bir şirkətin böyük tarixi olan "Deutsche Bank”-dan daha çox gəlir əldə etməsi kriptovalyuta bazarının uzun dövrdə sağlam bir inkişaf göstərəcəyini bizə sübut edir.
Əgər bu bazara olan tələbat və təşkilati investorların bu sahəyə investisiya qoymaları davam edərsə, kriptovalyuta sektoru qarşıdakı 10-20 il ərzində qlobal maliyyə sənayesinin yerini ala bilər.
Bazarda reallaşmaqda olan bu fövqəladə böyümə sürəti Tim Dreyper və Peter Sielin Bitcoin-in qiyməti ilə bağlı böyük məbləğlərə söykənən proqnozlarının heç də uzaqda olmadığından xəbər verir.
Mənbə: kripto.az
Şərhlər