Peruda körpüdə öpüşən cütlük 15 metr yüksəklikdən düşərək, ölüb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kusko şəhərində baş verib. Gecə klublarından birindən çıxan Maybez Espinoz və Hektor Vidal cütlüyü Betlehem körpüsünə gedib. Öpüşərkən müvazinətini itirən 34 yaşlı qadın və 36 yaşlı kişi 15 metr yüksəklikdən başı üstə yola yıxılıb. Maybez hadisə yerində, Hektor isə xəstəxanada keçinib. Cütlüyün yeni tanışdıqları bildirilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər