Xəbər lenti

Siyasət 17:49 14.01.2022

KTMT qüvvələrinin Qazaxıstandan sürətlə çıxması: Təbii proses, yoxsa?.. (ŞƏRH)

"Müdaxilədə məqsəd Qazaxıstanın böyük bir böhrana yuvarlanmasının qarşısını almaq və klanlararası mübarizənin Tokayevin lehinə sonuclanmasını təmin etmək idi ki, bunu da gerçəkləşdirməklə KTMT qüvvələri bölgədən çıxdı”.

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy KTMT-nin qısa zaman kəsiyində Qazaxıstanı tərk etməsinin təbii proses, yoxsa hansısa siyasi, geosiyasi məqamlarla bağlı olduğuna aydınlıq gətirərkən deyib:

"Qazaxıstan olayları baş verəndə də demişdim ki, bu ölkədə proseslər daxili sosial narahatlıq və iqtidardaxili siyasi mübarizə nəticəsində nəzarətdən çıxıb. Dolayısı ilə böhran bu fonda yaranmışdı. Nəticədə Qazaxıstanın dövlət olaraq varlığı məsələsinə ciddi təhlükə yaranmışdı. Yəni ölkədəki sosial-iqtisadi gərginlik və Nazarbayevin sağlıq durumunun pisləşməsi fonunda hakimiyyətə iddialı bəzi qüvvələr Tokayevi iqtidardan salmağa çalışdılar. Belə təhlükəli durumda isə nomenklatura ənənəsinə sadiq hakimiyyətlər ənənəvi olaraq Rusiyanın aparıcı olduğu KTMT-yə müraciət edirlər”. 

Ekspert bildirir ki, KTMT-nin müdaxiləsi bəlli plan daxilində, öncədən planlaşdırılmış prosesin nəticəsi deyil:
 
"Sadəcə, böhran anında ən uyğun müdaxilə variantı olaraq bu seçilib. Nəticədə Tokayev özünə yönəlik iddiaları əngəllədi”. 

N. Cəfərsoyun fikrincə, müdaxilədə məqsəd Tokayevin hakimiyyətinə yönəlik təhlükəsizlik risqlərini incələmək, ölkədə Moskvanın istəmədiyi qüvvələrin iqtidara gəlməsini, vətəndaş müharibəsini əngəlləmək və Rusiyanın Ukraynaya bənzər böhranın özünün cənub sərhədində də ortaya çıxmasının qarşısını almaq idi: 

"Müdaxilə nəticəsində Qazaxıstanın böyük bir böhrana düşməsi əngəlləndi. Ona görə də böhran böyümədən məhdudlaşdırıldı və prosesi nəzarət altına aldılar. Tokayevin təhlükəsizlik və hakimiyyətdə qalması şərtlərini də təmin etdilər. Digər tərəfdən, Rusiyanın qismində ən önəmli müttəfiqin Tokayevin yanında olması da ciddi psixoloji effekt verdi. Bu da ölkə daxilindəki müxtəlif elitalar arasında mübarizədə Tokayevin üstünlüyünü təmin etdi”. 

KTMT qüvvələrinin bölgədən çıxmasından sonra nələrin baş verə biləcəyinə gəldikdə, həmsöhbətimiz aranın sakitləşməsilə Rusiya ilə Qazaxıstan arasında KTMT, ya da ikili formada rus əsgərinin varlığının müxtəlif formatda qalması istiqamətində həmlələrin olmasını da istisna etmir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->