Video 19:00 24.10.2019

Küçəyə atılan körpələr harada saxlanılır? (VİDEO)

Ölkəmizdə yeni doğulmuş körpələrin atılması hallarına çox az rast gəlinir. Lakin bu hal istisna olunmur. Ötən illərin statistikasına görə ölkə üzrə hər il 50-60 uşaq tərk edilir və ya küçəyə atılır. Bəs atılan uşaqlar harda necə saxlanılır?

Kəmalə Ağazadə - Azərbaycan Uşaqlar Birliyinin sədri: "Uşaq aşkarlandığı zaman hansısa bir polis tərəfindən aşkarlanır və ya hansısa bir vətəndaş tərəfindən tapılıb hüquq mühafizə orqanlarına əsas ərazi üzrə polis bölməsinə müraciət olunur. O uşaq dərhal aktlaşdırılır, sənədləşdirilir və uşaq inspektorunun vasitəsi ilə Səhiyyə Nazirliyinin 1 saylı körpələr evi var, körpələr evinə istiqamətlənir”.

Təbii ki, küçədə aşkarlanan uşağın ilk öncə tibbi müayinəyə ehtiyacı olur və buna görə uşaqlar hər region üzrə xəstəxanaların uşaq bölməsinə yerləşdirilir.

Lalə Ramazanova – Səhiyyə İdarəsinin baş məsləhətçisi:  "Körpələr evi bizim tabeçiliyimizdədir, Bakı Baş Səhiyyə İdarəsinin tabeliyində olan müəssisədir. 0-dan 3 yaşına kimi orada yaşayırlar, müvəqqəti yerləşdirilənlər imtinalı və atılmış uşaqlar övladlığa gedirlər. Körpələr evindən orada həkimlər işləyir, müəllim işləmir. Uşaqlar daima həkimlərin nəzarətindədirlər”.

Ümumiyyətlə bu tipli uşaqlar 3 istiqamət əsasında uşaqlar evinə yerləşdilir: atılmış uşaqlar, müvəqqəti yerləşdirilənlər və imtinalı uşaqlar. Atılmış və imtinalı uşaqlar müəyyən müddətdən sonra övladlığa verilir.

Kəmalə Ağazadə - Azərbaycan Uşaqlar Birliyinin sədri: "Ondan sonra ki, mərhələlərdə bu uşağın valideyninin tapılması mümkündürsə tapılır və ya araşdırılır. Bir çox hallarda bu uşaqlar körpələr evində qaldıqları müddətdə övladlığa götürməsi üçün müraciət etmiş ailələr, növbədə olan ailələrdən hansısa birinə övladlığa verilmək üçün məhkəmə qaydasında müraciət olunur”.

Pərviz Əliyev – AQUPDK Uşaq Problemləri şöbəsinin böyük məsləhətçisi: "Bəzi valideynlər ki, hansı ki, uşaqdan imtina ediblər uşaqdan imtina etdikdən sonra həmin uşaqlar təbii ki, qanunvericiliyə görə 6 ay müddət keçdikdən sonra artıq həmin uşaqlar övladlığa verilir. Yenə də uşağın ailədə böyüməsi, tərbiyəsi təmin olunur”.

Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsidə bu sahədə öz üzərinə düşən vəzifələri yerinə yetirir. Əsas məqsəd isə müəssisələşmənin qarşısını almaq uşaqların müəssisəyə düşməsinin minimumlaşdırmaq və uşağın ailədə qalmasını ailədə böyüməsini təmin etməkdir.

Mənbə: ARB