Ölkə 11:31 20.09.2019

Külək Bakıda ağacları maşınların üstünə aşırdı

Paytaxda dünəndən başlayan güclü külək altı ağaca ziyan vurub.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, külək nəticəsində iki ağac maşınların üstünə düşüb:

"İki ağac kökündən çıxıb. Dörd ağacın isə budağı sınıb. Ümumilikdə, külək altı ağaca ziyan vurub”.

Orxan Məmmədov hadisələrin paytaxtın Yasamal, Nəsimi və Nizami rayonlarında baş verdiyini qeyd edib.