Sənət 12:27 06.06.2014

Kult.Az Mədəniyyət portalı 7 yaşında

Bu gün Kult.Az mədəniyyət portalının 7 yaşı tamam olur.

Ölkənin ən köklü və böyük mədəniyyət portalı olan Kult.Az doğum gününü yeni tərtibatda qarşılayır.

Kult.az yarandığı ədəbiyyatın. mədəniyyətin bütün istiqamətlərini əhatə etməyə çalışmış, gənc istedadlardan dəstəyini əsirgəməmişdir.

Həm Kult.Az portalının, həm də təsisçisi olduğu Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin indiyə qədər onlarla istedadın üzə çıxarılması və tanıdılmasında müstəsna rolu olmuşdur.

Hazırda Kult.Az portalının baş redaktoru Sevinc Çılğın, redaktoru isə Rüfət Əhmədzadədir. Portalın təsisçisi "Qaynar-Media" şirkətidir.

Qaynar.info