İdman 16:56 28.10.2021

Kuman “Barsa”dan çıxarıldıqdan sonra 12 milyon avro təzminat alacaq

Ronald Kuman "Barselona"nın baş məşqçisi postundan çıxarıldıqdan sonra böyük məbləğdə təzminat alacaq.

Qaynarinfo "El Pais"ə istinadla xəbər verir ki, 58 yaşlı mütəxəssisə 12 milyon avro ödəniləcək.

"Rayo Valyekano”ya məğlubiyyətdən (0:1) sonra "Barsa”nın prezidenti Joan Laporta Kumanı işdən çıxarmaq qərarını artıq təxirə sala bilməyib. Əvəzedici tapmaqda çətinlik çəkdiyi və külli miqdarda təzminata görə məşqçini indiyə qədər azad etmək mümkün olmayıb.

Kuman 19 avqust 2020-ci ildə "Barselona"nın baş məşqçisi təyin edilib. O, 2020/21 mövsümündə komanda ilə İspaniya kubokunu qazanıb.
 
Alpər