Xəbər lenti

Dünya 14:58 02.12.2024

"Kurska NATO qoşunları daxil oldu" - Lvovda 11 rusiyalı əsir götürüldü (VİDEO)

Ukrayna Silahlı Qüvvələrinin 80-ci desant-hücum briqadası Rusiya Federasiyasının Kursk vilayətində döyüş zamanı 11 rusiyalını əsir götürüb.  

Qaynarinfo xəbər verir ki, bu barədə 80-ci ODHBr yazır.  

Xəbərdə deyilir ki, Kursk bölgəsində düşmənin uğursuz hücumlarından biri zamanı Lvov desantçıları işğalçıları məhv edib. Bəziləri qaçıb, sağ qalan və gizlənənlər isə Qalitsina briqadasının bölməsi tərəfindən əsir götürülüb.  

Yayımlanan videoda Rusiya Ordusunun 11-ci desant-hücum briqadasına daxil olmuş keçmiş məhkum döyüşçülərin hekayələri yer alır.  

Bölmələrdən birinə Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan və həmçinin mülki Rusiya vətəndaşlarının yaşadığı yaşayış məntəqəsini ələ keçirmək tapşırığı verilib. Zəif hazırlıqlı və kifayət qədər təmin olunmayan keçmiş məhkumları "top yemi” kimi ölümə göndəriblər, onların komandirləri isə döyüş başlayan kimi qaçıb.  

80-ci ODHBr bildirir ki, düşmən Ukrayna desantçıları ilə qarşılaşanda təslim olmağa qərar verib və bununla da öz həyatını xilas edib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->