Video 09:01 11.04.2019

ÇL: "Barselona" qələbə qazandı, "Yuventus" heç-heçə etdi (VİDEO)

Çempionlar Liqasında 1/4 final mərhələsinin daha iki oyunu keçirilib. 

Qaynarinfo xəbər verir ki, qarşılaşmalar Hollandiya və İngiltərədə təşkil olunub.

İngiltərədəki matçda "Mançester Yunayted" "Barselona"nı qəbul edib. Oyunda yeganə qolu qapıların yerini dəyişik salan Lük Şou vurub. Rəqib meydanında top buraxmadan fərqlənən kataloniyalılar hədəfə yaxınlaşıbsa, daha öncə PSJ-yə evdə yenilməyin əvəzini necə çıxa bildiyini göstərən MY növbəti geri dönüşün planlarını cızacaq.

Hollandiyada "Ayaks" "Yuventus"la üz-üzə gəlib. Öncəki mərhələdə turnirin son qalibini - "Real"ı yarışdan kənarlaşdıran amsterdamlılar "Yuventus"a da təslim olmayıb - 1:1. 

Qeyd edək ki, dünən "Liverpul" "Portu"nu 2:0, "Tottenhem" "Mançester Siti"ni 1:0 hesabı ilə yenib.

Çempionlar Liqası
1/4 final
İlk oyunlar

10 aprel
Mançester Yunayed (İngiltərə) - Barselona (İspaniya) 0:1
Qol: Lük Şou, 12 (avtoqol).
Mançester. "Old Trafford" stadionu.

 
Ayaks (Hollandiya) - Yuventus (İtaliya) 1:1
Qollar: Neres, 46 - Kriştiano Ronaldo, 45 
Amsterdam. "Yohan Kroyf Arena".