İdman 12:19 26.10.2021

ÇL-dəki təmsilçimizin heyətində daha bir itki

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan”ın heyətində dəyişiklik edilib.
 
Qaynarinfo Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Yüksək Liqanın IV turu çərçivəsində keçirilmiş "Xilə” ilə oyunda zədələnərək meydanı erkən tərk edən İsaq Suğalının zədəsi ciddi olduğuna görə, futzalçı heyətdən kənarlaşdırılıb. Onu Tofiq Mikayılov əvəzləyəcək.
 
Komandanın digər təcrübəli üzvü Rizvan Fərzəliyev də zədəli olduğuna görə birlikdə səfərə çıxa bilməyəcək.

Təmsilçimiz səfərə bu heyətlə yollanacaq: Rövşən Hüseynov, Emin Kürdov, Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Nurlan Mehdizadə, Hadi Ahmadi, Amir Şocaei, Maneka, Felipinyo, David Qustavo, Murilo Borges, Tofiq Mikayılov.
 
Səbuhi Həsənov