Laçında qəzaya düşən hərbçilərlə bağlı cinayət işi başlandı (RƏSMİ)

Laçında qəzaya düşən hərbçilərlə bağlı cinayət işi başlandı (RƏSMİ)

Xəbər verdiyimiz kimi,16.06.2021-ci il tarixdə Laçın rayonu ərazisində hərəkətdə olan "Maz"  markalı yük avtonəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları  baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu ölmüşlər.

Azərbaycan Respublikası Hərbi  Prokurorluğunun Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, daxil olan sözügedən məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir".

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin  tələblərinə uyğun olaraq bütün tədbirlərin  görülməsi təmin ediləcəkdir".

X
XƏBƏRLƏR
BLOGLAR