Xəbər lenti

Lamin Yamal tarixi rekorda imza atdı
İdman 13:34 06.06.2025

Lamin Yamal tarixi rekorda imza atdı

İspaniya millisinin futbolçusu Lamin Yamal Avropa futbol tarixində unikal uğura imza atıb. 

Qaynarinfo xəbər verir ki, o, 18 yaşına qədər milli komanda heyətində 6 qol vuran ilk avropalı futbolçu olub. Bu göstəriciyə sonuncu dəfə 1913-cü ildə niderlandlı Fernan Niso nail olmuşdu (7 qol).

5 iyun tarixində UEFA Millətlər Liqasının yarımfinalında İspaniya yığması Fransa millisinə qarşı oynayıb. Almaniyanın "Ştutqart Arena" stadionunda baş tutan qarşılaşma ispanların 5:4 hesablı qələbəsi ilə başa çatıb. İspaniya millisinin qollarını Niko Uilyams, Mikel Merino, Pedri və Lamin Yamal vurub. Yamal bu oyunda dubla imza atıb, qollarından biri penaltidən qeydə alınıb.

Fransa millisinin heyətində isə Kilian Mbappe (penaltidən), Rayan Şerki və Randall Kolo Muani fərqləniblər. İspaniyalı Dani Vivilianın avtoqolu da Fransa komandasının aktivinə yazılıb.

Bu qələbə ilə İspaniya finala yüksəlib və 8 iyun tarixində Portuqaliya ilə Millətlər Liqasının qalibi olmaq uğrunda mübarizə aparacaq. Final oyunu Bakı vaxtı ilə saat 23.00-da. Eyni gün saat 17:00-da Almaniya və Fransa komandaları üçüncü yer uğrunda qarşılaşacaqlar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->