Xəbər lenti

Landsberqis: Aİ Trampın Putinə qarşı ultimatimunu dəstəkləməlidir
Dünya 13:59 23.01.2025

Landsberqis: Aİ Trampın Putinə qarşı ultimatimunu dəstəkləməlidir

Litvanın keçmiş xarici işlər naziri Qabriyelius Landsberqis Avropa İttifaqını (Aİ) ABŞ Prezidenti Donald Trampın Vladimir Putinə yönəltdiyi sanksiya ultimatimuna dəstək olmağa çağırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, X (Twitter) sosial şəbəkəsində yazıb. 

Landsberqis bildirib ki, Donald Tramp Putini çətin vəziyyətə salaraq ona ultimatum irəli sürüb. 

"Mən əminəm ki, Putin belə bir vəziyyətin yaranacağını gözləmirdi. İndi Putin seçim etməlidir – ya yeni sanksiyalardan qorxduğunu qəbul etməli, çünki onun iqtisadiyyatı dağılıb, ya da onun imperialist ambisiyalarının bu tələblərlə məhdudlaşdırılmayacağını sübut etməlidir", – deyə Landsberqis vurğulayıb.

O, ultimatimun doğru bir addım olduğunu qeyd edib, lakin əlavə edib ki, daha çox iş görülməlidir: yalnız sanksiyalar tətbiq edilməməli, eyni zamanda Ukraynaya hərbi dəstək və təhlükəsizlik zəmanətləri də verilməlidir.

"Biz Qərbin gücünü Ukraynanın tərəfinə qoymalıyıq. Bu arada, əgər Aİ nüfuzlu görünmək istəyirsə, ən azından Trampın sanksiyalarına dəstək bəyan edə bilər. İnanıram ki, indi hətta Viktor Orban belə bu addımı dəstəkləməyə məcbur olacaq", – deyə Landsberqis fikrini yekunlaşdırıb.

Donald Trampın Avropadakı yaxın müttəfiqlərindən biri olan Macarıstanın baş naziri Viktor Orban isə bildirib ki, Aİ-nin Rusiyaya qarşı sanksiya siyasətini ABŞ-ın yeni administrasiyası ilə razılaşdırması vacibdir. 

Yanvarın 22-də Donald Tramp bildirib ki, əgər yaxın vaxtlarda Ukraynadakı müharibənin dayandırılması ilə bağlı "saziş" əldə olunmazsa, onun Rusiyanın ABŞ və digər ölkələrə satdığı bütün mallara yüksək vergilər, tariflər və sanksiyalar tətbiq etməkdən başqa seçimi qalmayacaq.

Prezidentliyinin ilk günündə Tramp qeyd edib ki, Vladimir Putin müharibəni bitirməməklə Rusiyanı dağıdır. 

O, daha sonra bəyan edib ki, əgər Rusiya Ukraynadakı müharibəni bitirmək üçün danışıqlara razı olmazsa, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdən keçirməyə hazırdır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->