Xəbər lenti

Lavrov: Qərb qoşunlarının Ukraynaya göndərilməsi o deməkdir ki...
Dünya 16:50 06.03.2025

Lavrov: Qərb qoşunlarının Ukraynaya göndərilməsi o deməkdir ki...

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropa ölkələrinin qoşunlarını Ukraynaya yerləşdirmək qərarı NATO-nun rəsmi və birbaşa şəkildə müharibəyə qoşulması anlamına gələcək. Qeyd edək ki, Rusiya artıq 3 ildir, Ukraynada guya Qərb və NATO ilə döyüşdüyünü iddia edir.  

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya təbliğat nəşri RIA Novosti yazır.  

"Biz belə hərəkətlərə qətiyyən göz yummayacağıq. Bu, artıq "gizli hibrid müharibə” deyil, NATO ölkələrinin Rusiya Federasiyasına qarşı müharibəyə açıq və rəsmi şəkildə qoşulması demək olacaq. Bunu qəbul etmək mümkün deyil", - Lavrov deyib.  

Lavrov xüsusilə Fransa prezidenti Emmanuel Makronun Rusiyanı "təhlükə" adlandırmasını vurğulayıb.  

"Əgər Rusiya təhlükə kimi görülürsə, deməli, həmin təhlükəyə qarşı qoşun yeridilməlidir", – deyə o əlavə edib.  

Lavrov iddia edib ki, Makron və Böyük Britaniyanın baş naziri Kir Starmerin Ukraynada hava, dəniz və enerji obyektlərində bir aylıq atəşkəs təklifi guya bu müddət ərzində Avropa qoşunlarını Ukraynaya yerləşdirmək üçün nəzərdə tutulub.  

"Makron və Starmer deyirlər ki, döyüşləri hava, dəniz və enerji obyektləri üzrə bir aylıq dayandırmaq lazımdır. Bu zaman Avropa qoşunlarını Ukraynaya yerləşdirmək və paralel olaraq sülh şərtlərini razılaşdırmaq istəyirlər. Amma əgər sən artıq qoşunlarını həmin əraziyə yerləşdirsən, şərtləri razılaşdırmağa ehtiyac qalmır, çünki faktiki vəziyyəti sən özün yaradırsan".  

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->