Xəbər lenti

Lavrovun növbəti blefi: Şərtləri Moskva diqtə edir? (ŞƏRH)
Dünya 12:38 25.02.2025

Lavrovun növbəti blefi: Şərtləri Moskva diqtə edir? (ŞƏRH)

"Lavrovun bu açıqlaması təbliğatsayağı gedişdir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Rusiya XİN rəhbəri Sergey Lavrovun Moskvanın Ukrayna ilə bağlı danışıqlara hazır olduğu, amma döyüşlərin yalnız Rusiyanı qane edəcək halda dayandırılacağı barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.

Arif Əliyev bildirib ki, Rusiya tərəfi bununla nə demək istədiyini, hansı şərtlərlə Kiyevlə danışıqlara hazır olduğunu prinsipcə müxtəlif bəyanatlarında izah edib:

"Amma Lavrovun bu sayaq açıqlamasını daha çox təbliğatsayağı gediş adlandırardım. Bununla Kreml göstərmək istəyir ki, öz mövqelərini möhkəmdirirlər. İndiki halda kimlə, nə cür danışmağı Rusiya təkbaşına həll etmir. On daha çox təsir edən başqa dövlətlər, ilk növbədə ABŞ var. Həmçinin Türkiyə və Avropa İttifaqının fəallaşdığını da görürük".
 


Həmsöhbətimiz qeyd edir ki, danışıqlarla bağlı mexanizmlər mürəkkəbləşir:

"Zelenskinin Türkiyə səfəri və Avropanın həyata keçirdiyi tədbirlər danışıqların ilkin formulunun sonda hansı görünüş alacağını indidən söyləməyə imkan vermir. Odur ki, danışıqların şərtlərində dəyişikliklərin baş verməsi mümkündür. Çox şey Trampın əvvəlki mövqeyində nə qədər qətiyyətli dayanacağından asılıdır"

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukrayna ilə bağlı danışıqlar aparmağa hazır olduğunu, amma döyüş fəaliyyətlərinin Rusiyanı qane edəcək halda dayandırılacağını bəyan edib. 

"Biz Ukrayna və Avropanın istənilən nümayəndəsi ilə sülhə çatmağa kömək edəcək danışıqlara hazırıq, amma döyüş fəaliyyətlərini bu danışıqlar Rusiyanı qane edən qəti nəticələr verəcəyi halda dayandıracağıq”, deyə Lavrov bildirib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->