Dünya 10:12 27.05.2019

Le Pen Makronu Fransa parlamentini buraxmağa çağırdı

Fransa Milli Birlik Partiyası qeyri-rəsmi nəticələrə görə, Avropa Parlamentinə keçirilən seçkilərin qalibi olub.

Qaynarinfo xəbər verir ki, partiya rəhbəri Marine Le Pen prezident Emmanuel Makronu parlamenti buraxmağa və növbədənkənar seçkiləri elan etməyə çağırıb. 

Qeyd edək ki, Makronun İrəli Respublika Partiyası 22,1%, Milli Birlik Partiyası isə 23,3% səsə sahib çıxıb.

Gülşən