Xəbər lenti

Ledi Qaqa Ginnesin Rekordlar Kitabına düşdü
Sənət 09:56 03.06.2025

Ledi Qaqa Ginnesin Rekordlar Kitabına düşdü

Müğənni Ledi Qaqanın Rio-de-Janeyroda verdiyi konsert Ginnesin Rekordlar Kitabına daxil edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə rekordlar kitabının rəsmi saytında məlumat verilib.

Ledi Qaqanın pulsuz çıxışı 3 may tarixində Rio-de-Janeyronun məşhur Kopakabana çimərliyində baş tutub. Tədbirə təxminən 2,5 milyon nəfər qatılıb və bu göstərici qadın musiqiçilər arasında indiyədək keçirilmiş ən çox izləyicili solo konsert kimi tarixə düşüb.

Qeyd olunub ki, bu, Ledi Qaqanın Braziliyadakı 13 ildən sonra ilk çıxışıdır və bu konsertlə o, 4 may 2024-cü ildə eyni yerdə rekord müəyyən edən Madonnanı geridə qoyub.

Ümumi baxımdan tarixdə ən çox izlənilən solo konsert rekordunu isə hələ də britaniyalı musiqiçi Rod Stüart saxlayır. Onun 1994-cü ildə Rio-de-Janeyroda baş tutan yeni il konsertini ən azı 3,5 milyon insan izləmişdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->