Xəbər lenti

İdman 01:09 26.08.2013

Lənkərandan insidentlə bağlı açıqlama - FOTO

"Bakıda Mahir Şükürov azarkeşlərimizə qeyri-etik jest etmişdi"

"Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra baş verən insidentlə bağlı rəsmi açıqlama verilib. Anspress-in məlumatıma görə, cənub komandasının icraçı direktoru və Lənkəran Şəhər Stadionun rəhbəri Höccət Hacıyev Futbol11.az saytına açıqlamasında qalmaqalın təməlinin Bakıda qoyulduğunu deyib: 

"O vaxtkı oyunda Saşa Stemonkoviçə hakim cəza versəydi, bu gün bu hadisələr bu yerə gəlib çıxmazdı. Azarkeş böyük qüvvədir, onların qarşısını almaq olmaz. Bakıda Mahir Şükürov azarkeşlərimizə qeyri-etik jest etmişdi. Bu gün də onlar həmin jestin qarşılığını veriblər. Çox təəssüf edirəm ki, belə bir hal yaşanır. Futbola ləkə gətirən amillərdi bunlar"./anspress/

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?