Foto 17:59 28.10.2021

Lerikdə şəhidlər üçün memorial abidə inşa edildi (FOTOLAR/VİDEO)

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan kapitan Cəlil Cavadovun anım mərasimi keçirilib. 

Qaynarinfo xəbər verir ki, oktyabrın 27-də Lerik rayonunda baş tutan anın mərasimində həm də Cəlil Cavadov və 47 lerikli şəhidin xatirəsinə inşa edilmiş memorial abidə kompleksinin açılışı olub. 

Kompleksin inşası ehtiyatda olan polkovnik Aslan Hüseynovun təşəbbüsü, Müdaifə Nazirliyi və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilib. 

Açılış mərasimində Müdafiə Nazirliyinin və Lerik Rayon İcra Hakimiyyətinin, yerli hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri, deputat İqbal Məmmədov, rayon ictimaiyyəti və şəhid ailələri iştirak edib. 

Tədbir Azərbaycan himninin səsləndirilməsi, sonra isə şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Tədbirdə kapitan Cəlil Cavadovun və digər şəhidlərin döyüş yollarından, onların göstərdiyi şücaətdən, dövlətin şəhid ailələrinə və qazilərə olan diqqətindən danışlıb. 

Mərasimdə həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilən şəhidlərin orden və medalları ailələrinə təqdim edilib. Allah bütün şəhidlərimizə rəhmət etsin.