Xəbər lenti

Ləğv olunan qurumların işçilərinə şad xəbər: yeni vəzifələr veriləcək
Ekonomiks 17:53 30.01.2019

Ləğv olunan qurumların işçilərinə şad xəbər: yeni vəzifələr veriləcək

Bu gün nazir Əbülfəs Qarayevin sədrliyi ilə Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsinə həsr olunmuş geniş müşavirə keçirildib. 

Qaynarinfo xəbər verir ki, tədbirdə nazirliyin struktur bölmələrinin, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Bakı şəhəri və regional mədəniyyət idarələrinin, muzey və mərkəzi kitabxanaların rəhbərləri iştirak edib. 

Müşavirədə çıxış edən Əbülfəs Qarayev prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanın ölkəmizdə mədəniyyət sahəsinin müasir tələbələrə uyğun inkişafını təmin edilməsi baxımından müstəsna əhəmiyyətini qeyd edib.

Mədəniyyət Nazirliyində həyata keçirilən islahatların uğurla davam etdirildiyini deyən nazir deyib ki, İlham Əliyevin 2016-cı il martın 29-da imzaladığı sərəncama uyğun olaraq 2017-ci ildən nazirliyin Bakı şəhəri üzrə baş idarəsi və 15 regional mədəniyyət idarəsi fəaliyyət göstərir. Ölkə başçısının "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il iyunun 6-da imzaladığı fərmana uyğun olaraq Mədəniyyət Nazirliyinin strukturu yenidən formalaşdırılıb.

Ə.Qarayev əlavə edib ki, fərmana əsasən, ləğv olunan qurumların işçilərinin nazirliyin tabeliyində olan digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görüləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->