Ölkə 13:17 16.02.2019

Leyla Əliyeva babasını təbrik etdi (FOTO)

Milli Aviasiya Akademiyasının rektoru, birinci vitse-prezident Mehriban Əliyevanın atası Arif Paşayevin 85 yaşı tamam olub. 

Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva babasını sosial şəbəkə vasitəsilə təbrik edib

Leyla xanım "Instagram" hesabında ünvanladığı təbrikini babası ilə çəkilmiş xatirə fotonu paylaşaraq bu sözləri yazıb:

"Sevimli babam Arifi ad günü münasibəti ilə təbrik edirəm. Allah hamıya cansağlığı və xoşbəxtlik bəxş etsin, bütün arzularınız yerinə yetsin”.