Xəbər lenti

Leyla Şıxlinskayanın klinikasını satdığı şirkət açıqlandı (YENİLƏNİB)
Ölkə 21:51 03.01.2019

Leyla Şıxlinskayanın klinikasını satdığı şirkət açıqlandı (YENİLƏNİB)

Leyla Şıxlinskaya klinikası öz fəaliyyətini "Referans Qrup" şirkətinin idarəçiliyi altında davam etdirəcək.

Bu barədə virtualaz.org-a klinikadakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, klinikada yeni il bayramı təşkil edilib və orada Leyla Şıxlinskaya və baş həkim Samirə Tağıyeva iştirak ediblər. Bayram mərasimi başa çatdıqdan sonra toplaşanlara klinikanın "Referans Qrup" şirkətinin idarəçiliyi altına keçdiyi haqda məlumat verilib.
 
***13.46
 
Xalq artisti Leyla Şıxlinskaya rəhbəri olduğu klinikanı satıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq klinikaya yeni direktor da təyin edilib.

Qeyd edək ki, xəstəxana 1999-cu ilin avqust ayında açılmışdı. Mərkəzə açıldığı gündən etibarən Leyla Şıxlinskaya başçılıq edib.

Şıxlinskayanın klinikasının adı ötən il məhkəmə çəkişmələri ilə yadda qalıb. Belə ki, L. Şıxlinskaya klinikanın baş mühasibi işləmiş Şəhla Abbasovanı 1 milyon vəsaiti mənimsəmək iddiası ilə işdən çıxarıb. Məhkəmə ekspertizası isə dəyən ziyanın 56 min manat olduğunu üzə çıxarıb. L. Şıxlinskaya ilə bu məbləğlə razılaşmayıb. Bundan əlavə, klinikada vergidən yayınma hallarının olduğuna dair də istintaq aparılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->