Foto 16:21 12.05.2019

Leysan yağış Zərdabda bir ailəni evsiz qoydu (FOTOLAR)

Ötən gün Zərdaba yağan güclü yağış fəsadsız ötüşməyib.

Qaynarinfo ONA-ya istinadən xəbər verir ki, şəhərin Molla Vəli Vidadi küçəsi ev 3 ünvanında yaşayan Elnur Telman oğlu Cəfərova məxsus 3 otaq, mətbəx və artırmadan ibarət evin bir hissəsi uçub.

Ev sahibinin sözlərinə görə, ev rayona yağan güclü leysan yağdıqdan sonra  uçub. 3 nəfər ailə üzvünün yaşadığı evin qalan hissəsi isə qəzalı vəziyyətdədir. Hazırda həmin evin qalan hissəsində yaşamaq təhlükəsizlik baxımından mümkün deyil.

E. Cəfərov yaranmış problemlə bağlı müvafiq qurumlara məlumat verdiyini bildirib.