“Linfild”in

“Linfild”in "Qarabağ"la oyununa bir azarkeş gələcək

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ” öz meydanında "Linfild”iqəbul edəcək. 
 
Qaynarinfo xəbər verir ki, Bakıda keçiriləcək oyuna Şimali İrlandiyadan cəmi bir azarkeş gələcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu İngiltərənin Derbi şəhərindən olan Filipp Middltondur. O, avqustun 27-də London-Frankfurt-Bakı reysi ilə yola çıxacaq.

Qeyd edək ki, "Linfild” komandası isə eyni tarixdə çarter reysi ilə Bakıya uçacaq. Bu, klubun tarixində ən uzaq məsafəli səfər olacaq.

Xatırladaq ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq.
 



XƏBƏRLƏR
BLOGLAR