Ölkə 16:32 28.10.2021

Lisey koronavirusa görə bağlandı

Mingəçevir Texniki Humanitar Liseyində dərslərin distant formada keçirilməsi ilə bağlı qərar verilib. 

Bu barədə Oxu.Az-a Mingəçevir Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, liseydə səkkiz müəllim, 10 yuxarı sinif şagirdi, beş ibtidai sinif şagirdi koronavirusa yoluxub. 

Bununla bağlı olaraq dərslər iki həftəlik distant formada davam etdiriləcək.