Xəbər lenti

Lisey rəhbəri oğlunu tikinti şirkətinə rəhbər təyin etdi
Ekonomiks08:12 09.12.2024

Lisey rəhbəri oğlunu tikinti şirkətinə rəhbər təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sumqayıt Tikinti-2" Açıq Səhmdar Cəmiyyətinə yeni sədr təyin olunur.
İqtisadiyyat.az xəbər verir ki, şirkətə sədr vəzifəsinə Alışov İdris Mönsüm oğlunun namizədliyi irəli sürülüb.
Onun namizədliyi səhmdarların gələn ilin yanvarın 17-də "İdrak" Liseyində keçiriləcək növbədənkənar ümumi yığıncağında müzakirə olunacaq.
Sədr təyin olunacaq İ.Alışov isə "İdrak" Liseyinin təsisçisi və rəhbəri Mönsüm Alışovun oğludur. İ.Alışov isə həm də liseyin iqtisadi məsələlər üzrə direktorudur.
Qeyd edək ki, "İdrak" Liseyi isə 2008-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi "İdrak" Liseyinin Bakı filialının direktoru Alışova Natəvan Üzeyim qızıdır.