Xəbər lenti

Litva Prezidenti Belarus məhsullarının Kalininqrada tranzitinin qadağan olunacağını bildirdi
Dünya 22:28 28.10.2025

Litva Prezidenti Belarus məhsullarının Kalininqrada tranzitinin qadağan olunacağını bildirdi

Rəsmi Vilnüs Belarus məhsullarının Litva ərazisindən Rusiyanın Kalininqrad vilayətinə tranzitinə qadağa qoyulmasını nəzərdən keçirir.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda jurnalistlərə bildirib.

Nauseda vurğulayıb ki, söhbət Rusiya yüklərindən deyil, Belarusda istehsal olunan mallardan gedir. O bildirib ki, tranzit qadağası ciddi təzyiq vasitəsidir.

O, həmçinin Minskə qarşı sanksiyaların genişləndirilməsini də istisna etməyib: "Aİ məhdudiyyətləri kalium gübrələrinə tətbiq olunur, lakin bu, azot gübrələrinə şamil edilmir."

Litva daha əvvəl Qərb sanksiyalarının bir hissəsi olaraq kalium gübrələri də daxil olmaqla Belarus yüklərinin tranzitini dayandırmışdı.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->