Xəbər lenti

Livanda qadın nazir istefa verdi
Dünya 16:12 09.08.2020

Livanda qadın nazir istefa verdi

Livanın informasiya naziri Manal Abdel Səməd istefa verib.

Qaynarinfo ölkənin MTV telekanalına istinadən xəbər verir ki, qadın nazir bu addımı Beyrutda baş verən güclü partlayış səbəbindən atıb.

"Mən livanlılardan üzr istəyirəm, ona görə ki, biz onların ümidlərini doğrulda bilmədik. Beyrut qəzasının dəhşətindən sonra hökumətdən istefa haqqında ərizə verirəm", - nazir bildirib.

Qeyd edək ki, avqustun 4-də Beyrutda Livan Hərbi Dəniz Qüvvələrinin bazasının yaxınlığında partlayış olub. Hadisə nəticəsində 160-dan çox insan ölüb, 5 minə yaxın insan yaralanıb. 

Ötən gün Beyrutda hökumət əleyhinə aksiya keçirilib. Bütün siyasi qüvvələrin iştirakı ilə keçirilən etiraz aksiyalarında iştirakçılar bir çox dövlət qurumlarının binasını ələ keçirib. Hadisələr nəticəsind 728 nəfər yaralanıb, 19 fəal saxlanılıb. Hərbçilər nümayişçiləri dövlət binalarından çıxarıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->