Xəbər lenti

Livanın baş naziri istefa verdi
Dünya 14:15 26.09.2020

Livanın baş naziri istefa verdi

Livanın baş naziri Mustafa Ədib yeni hökumət formalaşdırmaqdan imtina etdiyini və istefa verdiyini açıqlayıb.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Al Arabiya” yayıb.

Qeyd edək ki, avqustun 4-də Livanın paytaxtı Beyrutda yerləşən dəniz limanında güclü partlayış baş verib. Şəhərdə böyük dağıntıya səbəb olan hadisə nəticədə 220 nəfər ölüb, 7 000-dən çox insan yaralanıb, 60 nəfər itkin düşüb.  

Hadisədən 6 gün sonra - avqustun 10-da ölkənin baş naziri Həsən Diabın istefa verib. Bundan sonra parlamentdəki fraksiyalar Mustafa Ədibin baş nazir təyin olunması barədə kompromis əldə ediblər. O, rəsmi olaraq sentyabrın 1-dən baş nazir vəzifəsini icra etməyə başlayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->