Liverpul polisini ayağa qaldıran şifrə - İstanbul2005

Liverpul polisini ayağa qaldıran şifrə - İstanbul2005

Həmin oyundan 14 il keçsə də, "Liverpul" azarkeşləri bu finalı unutmayıb. Milli Kiber Təhlükəsizlik Mərkəzinin apardığı araşdırma zamanı bəlli olub ki, Liverpulun Merseyside bölgəsində yaşayan 1,5 milyon azarkeşdən 75 mini öz sosial media hesabına "İstanbul2005" şifrəsi qoyub.

Milli Kiber Təhlükəsizlik Mərkəzinin rəhbəri Kiaran Martin futbolsevərlərə bununla bağlı xəbərdarlıq edərək bildirib ki, "İstanbul2005" şifrəsindən imtina etsinlər: "Bu şifrə istifadəçilərə gələcəkdə böyük problemlər yaradacaq. Kiberhücumlar nəticəsində bank hesablarına qədər bir çox şəxsi məlumatları hakerlərin əlinə keçə bilər. Bu məsələdə diqqətli olmalıdırlar".

Milli Kiber Təhlükəsizlik Mərkəzi bununla bağlı polisə də müraciət edib. Liverpul polisi araşdırmalara başlayıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR