Dünya 16:23 22.04.2019

Liviyada müharibə qurbanlarının sayı artır

Liviyada davam edən silahlı qarşıdurmalarda ölü sayı 254-ə yüksəlib.

Qaynarinfo xəbər verir ki, 4 apreldən bəri davam edən döyüşlərdə 1228 nəfər yaralanıb. 

Xatırladaq ki, General Xəlifə Həftərin rəhbərlik etdiyi ordu 4 apreldə Milli Razılıq Hökumətinin nəzarətindəki Tripolini azad etmək üçün əməliyyata başlayıb.

Gülşən