Ölkədə 500-dən çox abidənin təmirə ehtiyacı var

Ölkədə 500-dən çox abidənin təmirə ehtiyacı var

Tarixi mədəniyyət abidələri ilə zəngin olan Azərbaycanda memarlıq incilərindən sayılan bir çox bina və abidələrin qorunması, təmiri və bərpası dövlət proqramına daxil edilib. Ölkəmizə gələn qonaqlara ilk növbədə tarixi abidələrimizi təqdim etdiyimizdən bu sahəyə diqqət daha da artırılmalıdır. Lakin ölkə ərazisində hələ də təmirə ehtiyacı olan tarixi mədəniyyət abidələrimiz var.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Modern.az-a bildirib ki, hazırda dünya və respublika əhəmiyyətli 6 min 308 abidəmiz var:

"Son illər aparılan monitorinqlər nəticəsində əvvəllər siyahıya daxil olmayan 1700-ə yaxın abidələr aşkarlanıb. Daha çox hansı rayonda təmirə ehtiyacı olan abidələrin siyahısı yoxdur. Amma bizdə olan siyahıya əsasən 500-dən çox abidənin hazırda təmiri ehtiyacı var. Bu problem investisiya planlarına salınıb, vəsait ayrılacağı təqdirdə qarşıdakı illərdə öz həllini tapacaq”.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR