Dünya 17:01 11.03.2013

Ölkəsi acından ölür, onun isə yüz milyonları var

ABŞ və Cənubi Koreya kəşfiyyat orqanları Şimali Koreya lideri Kim Çen Una aid yüz milyonlarla dolların Çin banklarında saxlanıldığını ortaya çıxarıblar. 

Qaynar.info-nun məlumatına görə, bu barədə Cənubi Koreyanın "Çoson İlbo" qəzeti məlumat verib. 

Qəzet bildirib ki, Vaşinqton və Seul əldə olunmuş məlumatları Çin tərəfinə təqdim edərək, BMT Təhlükəsizlik Şurası qaydaları çərçivəsində Kim Çen Unun hesabının dondurulmasını istəyiblər. 

Məlumatlar hələ heç bir ölkə rəsmiləri tərəfindən təsdiqlənməyib.

Qaynar.info