Video 14:07 09.12.2018

"Lotu Quli"nin azadlığa çıxdığı anın görüntüləri yayıldı (VİDEO)

Bir müddət əvvəl Türkiyədə həbs olunan, kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun azadlığa çıxdığı məlum olub.

Qaynarinfo xəbər verir ki, sosial şəbəkələrin birində onun azadlığa çıxarkən çəkilmiş videosu yayılıb.

Qeyd edək ki, "Lotu Quli" oktyabrın əvvəlində İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!