Qondarma Luqansk Xalq Respublikasının Lisiçansk şəhərində "Lotu Quli”nin silahlı emissarı saxlanılıb.
Bu barədə Milli Polis Təşkilatının Strateji Araşdırmalar Departamenti məlumat yayıb.
Postsovet məkanında oğrular dünyasının kralı olmaq üçün mübarizə aparan Nadir Səlifovun adamını Ukraynaya yeni "kriminal hərəkat” qurmaq üçün göndərdiyi bildirilir.
Yoxlanış zamanı adı açıqlanmayan 34 yaşlı Azərbaycan vətəndaşının üzərindən iki ədəd "F-1” qumbarası, iki ədəd silah və 50 ədəd güllə götürülüb.
Faktla bağlı araşdırma aparılır. ("Qafqazinfo”)
Şərhlər